Dimitri Peskov Putinin Ukraynada müharibənin tez bir zamanda dayandırılmasından danışarkən danışıqları yox, Rusiyanın xüsusi hərbi əməliyyatda məqsədlərinə çatmasını nəzərdə tutduğunu bildirib
Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibənin başa çatması ilə bağlı bəyanatına dair onun mətbuat katibi Dimitri Peskov açıqlama verib.
Dimitri Peskov Putinin Ukraynada müharibənin tez bir zamanda dayandırılmasından danışarkən danışıqları yox, Rusiyanın xüsusi hərbi əməliyyatda məqsədlərinə çatmasını nəzərdə tutduğunu bildirib.
“Bununla bağlı ilkin kontakt yoxdur. Təbii ki, istənilən münaqişə danışıqlar masası arxasında bitir. Söhbət ilk növbədə Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmaq yoluyla xüsusi hərbi əməliyyatı dayandırmaqdan gedir”- deyə Peskov açıqlayıb.
Bu gün Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın vəzifəsi münaqişəni alovlandırmaq deyil, daha çox müharibəni bitirməkdir: “Vəzifəmiz münaqişəni qızışdırmaq deyil, biz onu bitirməyə çalışırıq, bütün münaqişələr danışıqlar yolu ilə həll edilir, nə qədər tez olsa, bir o qədər yaxşıdır”.