Dimitri Peskov - Ermənistan Rusiya üçün önəmli partnyordur
Dimitri Peskov - Ermənistan Rusiya üçün önəmli partnyordur

Rusiya ümid edir ki, Ermənistan Soçidə planlaşdırılmış “Avrasiya İqtisadi İttifaqı” zirvə toplantısında iştirak edəcək. Bu barədə Vladimir Putinin mətbuat katibi vəzifəsini yerinə yetirən Dimitri Peskov bəyan etdi.

Peskovun dediyinə görə, Ermənistan Rusiya üçün önəmli partnyordur.

“Biz gözləyirik ki, ikitərəfli əlaqə olacaqdır”, – Peskov bəyan etdi.

“Avrasiya İqtisadi İttifaqı” zirvə toplantısı mayın 14-də keçiriləcək.