Dimitri Peskov – Donald Trampın qətlinə cəhd işi üzrə saxlanılmış şəxsin mümkün Ukrayna əlaqələri “odla oynamağ”ın nəticələrinin olduğunu göstərdi

15:19, 16.09.2024

 
ABŞ-nin sabiq prezidenti Donald Trampın qətlinə cəhd işi üzrə saxlanılmış şəxsin mümkün Ukrayna əlaqələri “odla oynamağ”ın nəticələrinin olduğunu göstərdi – Kreml Donald Trampın qətlinə cəhdə belə münasibət bildirdi.

“Əlbəttə, biz Amerika Birləşmiş Ştatlarından gələn məlumatları diqqətlə izləyirik və vəziyyətin, o cümlədən siyasi rəqiblər arasında nə qədər gərgin olduğunu görürük. Siyasi mübarizə gərginləşir və müxtəlif üsullardan istifadə olunur. Biz diqqətlə izləyirik, lakin biz heç vaxt ABŞ seçkilərinə müdaxilə etməmişik və müdaxilə etməyəcəyik” – Dimitri Peskov bildirib.

Amerika mediasında bu gün Donald Trampın qətlinə cəhddə şübhəli bilinən 58 yaşlı Rayan Uesli Rutun Ukrayna ilə mümkün əlaqələri haqda məlumat yayıldı. Ukraynanın Beynəlxalq Legionu isə Rayan Uesli Rutun könüllü kimi döyüşçülərin səfərbər edilməsində iştirak etməsi ilə bağlı məlumatı təkzib edib.

Oxşar