Dimitri Peskov bildirir ki, "sülh planı"nın əsas parametrləri razılaşdırılıb və növbəti həftə Moskvada müzakirə ediləcək
Kremlin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, ABŞ Rusiyaya “sülh planı”nın parametrlərini göndərib.
Söhbət, Cenevrədə Amerika və Ukrayna nümayəndə heyətləri arasında məsləhətləşmələr zamanı bəndləri dəyişdirilmiş “sülh planı”ndan gedir.
“Əsas parametrlər artıq razılaşdırılıb və gələn həftə Moskvada müzakirə olunacaq”, – Peskov qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndələri Stiv Uitkoff və Den Driskola “sülh sazişi”nin şərtlərini hazırlamağı tapşırdığını bəyan etmişdi. Uitkoff bunun üçün gələn həftə Moskvaya gedəcək.