Dimitri Peskov bildirib ki, “referendumlar”ın müsbət nəticələri olacağı təqdirdə Rusiya Ukraynanın Donbas və digər əraziləri geri qaytarmaq cəhdlərini öz torpaqlarına hücum kimi qiymətləndirəcək

16:47, 23.09.2022

 

Ukraynanın işğal olunmuş vilayətlərində keçirilən “referendumlar”ın müsbət nəticələri olacağı təqdirdə Rusiya Ukraynanın Donbas və digər əraziləri geri qaytarmaq cəhdlərini öz torpaqlarına hücum kimi qiymətləndirəcək. Bu barədə Kremlin mətbuat katibi Dimitri Peskov məlumat verib.

“Sözsüz” – Peskov müvafiq suala belə cavab verib.

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiyaya birləşmək barədə qərar qəbul edildikdən sonra bu ərazilərdə Rusiya Konstitusiyası qüvvəyə minəcək.

Bu gün separatist qondarma Donetsk və Luqansk Respublikalarında, eləcə də Zaparojie və Xerson vilayətlərinin işğal altındakı hissələrində Rusiyaya qoşulmaq üçün qondarma referendumlar başlayıb. “Səsvermə” sentyabrın 27-dək davam edəcək.

Ukrayna və onun qərbli tərəfdaşları, qondarma referendumu qeyri-legitim sayır.

Oxşar