Dimitri Medvedev vətəninə nifrət edən satqınların heç vaxt Rusiyaya buraxılmamalı olduğunu açıqlayıb

13:43, 28.12.2022

 
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev vətəninə nifrət edən satqınların heç vaxt Rusiyaya buraxılmamalı olduğunu açıqlayıb.

Bu barədə Dimitri Medvedev “Telegram” kanalında yazıb. O, belə vətəndaşların cəmiyyətin düşməni elan edilməli və onların gəlir mənbəyinin əllərindən alınmalı olduğunu bildirib.

“Ölkəsinə bu qədər nifrət edən, onu məğlubiyyətə və ölümə çağıran satqınlar, hərəkətlərinin hüquqi kvalifikasiyasından asılı olmayaraq, cəmiyyətin düşməni hesab edilməlidirlər” – deyə Medvedev yazır.

Oxşar