Dimitri Medvedev – müasir Rusiyada ölüm cəzasına moratorium tətbiq edilir, zərurət yaranacağı təqdirdə, konstitusiya çərçivəsində moratoriumu aradan qaldırmaq mümkündür

17:53, 02.11.2022

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş baş nazir Dimitri Medvedev satqınlar üçün ölüm cəzasının bərpasının mümkünlüyündən danışır. O, bu barədə Telegram kanalında yazıb.

Medvedev bildirib ki, İkinci Dünya Müharibəsi illərində faşist qatillərinin sifarişi ilə təxribatla məşğul olan diversantlar məhkəməsiz və istintaqsız edam ediliblər.

“Əgər sən müharibə zamanı belə cinayət törətmiş vətən xainisənsə, deməli sənin nə yaşın, nə milliyyətin, nə də canını qorumaq hüququn var. Müasir Rusiyada ölüm cəzasına moratorium tətbiq edilir. Yeri gəlmişkən, nüvə silahına malik ən böyük ölkələrdən (ABŞ, Çin, Hindistan) fərqli olaraq. Lakin, bir daha vurğulayıram ki, hətta mövcud konstitusiya çərçivəsində, lazım gələrsə, Rusiya Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini dəyişdirməklə ölüm cəzasına qoyulmuş moratoriumu aradan qaldırmaq mümkündür. Bu, xalqımızın, dövlətimizin və cəmiyyətin maraqlarının müdafiəsi vasitələrinin seçilməsi məsələsidir” -deyə Medvedev yazır.

Oxşar