Dimitri Medvedev – Avropa boru kəmərləri ilə alınan rus qazının qiymətinə yuxarı hədd qoysa, Rusiya sadəcə olaraq Avropaya qazı kəsəcək

17:25, 02.09.2022

 
Rusiyanın sabiq prezidenti Dimitri Medvedev Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyenin boru kəməri ilə alınan rus qazının qiymətinə yuxarı hədd qoyulması ilə bağlı bəyanatına münasibət bildirib.

Medvedev bildirib ki, əgər Avropa bu qərarı versə, Rusiya sadəcə olaraq Avropaya qazı kəsəcək.

Kremldə də bəyanat verilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov , qiymət limiti qoyan şirkətlərin rus qazını ala bilməyəcəklərini qeyd edib.

“Biz onlarla qeyri-bazar prinsipləri əsasında əməkdaşlıq etməyəcəyik. Bir şeyi əminliklə demək olar – belə bir addım enerji bazarlarının əhəmiyyətli dərəcədə destabilləşməsinə gətirib çıxaracaq” – deyə Peskov bildirib.

Ursula fon der Laiyen Avropanın boru kəmərləri ilə alınan rus qazının qiymətinə yuxarı hədd qoymalı olduğunu bildirib.

Oxşar