Dimitri Kumsişvili - CheckinGeorgia 2018 mövsümü Enio Morikonenin konserti ilə açılacaq
CheckinGeorgia 2018 mövsümü mayın 19-da Enio Morikonenin konserti ilə açılacaq, – bu barədə Birinci Baş nazir müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsişvili mətbuat konfransında bəyan etdi. Mətbuat konfransı əfsanəvi bəstəkarın, Enio Morikonenin konserti ilə əlaqədar Tbilisi Opera və Balet Teatrında keçirildi.
Onun dediyinə görə, Morikone ilə birlikdə Gürcüstana 121 üzvlük orkestr gələcək. Konsertdə həmçinin Tbilisi Opera və Balet Teatrının 70 nəfərlik dəstə iştirak edəcək. Orkestrə Morikonenin özü dirijorluq edəcək.
Morikone Gürcüstana çarter reysi ilə, konsertə bir gün əvvəl, mayın 18-də gələcək
Konsert biletlərinin satışı aprelin 20-də, tkt.ge vasitəsi ilə saat 9.00-da başalayacaq. Biletin qiyməti 60 laridən olacaq.