Diğomi kəndində yeni uşaq bağçasının inşaatı başa çatdı

Diğomi kəndində yeni uşaq bağçasının inşaatı başa çatdı.

Layihəyi bugün Tbilisinin uşaq bağçalarının idarəsi agentliyinin rəhbəri yoxladı və müqaviləçi şirkətin nümayəndələri ilə söhbət etdi.

Tbilisi merinin mətbuat xidmətinin məlumatına görə, binada daxili təmir işləri də başa çatdı və hazırda onun təmizliyi həyata keçirilir.

Yaxın gələcəkdə, bağça inventarla təchiz ediləcək.

Müvafiq tenderi uşaq bağçalarının idarəsi agentliyi ikinci dəfə elan etdi.

Onların məlumatına görə, Diğomi kəndində indiyə qədər sadəcə bir uşaq məktəbi fəaliyyət göstərirdi və yerli əhaliyə yetmirdi.

Mövcud olan tək bağçaya Didqori, Telovani və Köhnə Vedzisi kəndlərini uşaqları da gətirilirdilər.

Yeni uşaq bağçasında 70-ə yaxın insan işlə təmin olacaq və 350 uşaq təhsil alacaq.