Didubedə Şota Şalikaşvili adına körpünün bərpasının ikinci mərhələsinə başlanılır
Didubedə Şota Şalikaşvili adına körpünün bərpasının ikinci mərhələsinə başlanılır

Didube rayonunda Şota Şalikaşvili körpüsünün bərpasının bir mərhələsi başa çatıb və layihə növbəti mərhələyə keçir.

Meriyadan verilən məlumata əsasən, işlərin əsas hissəsi körpünün məhdud hissəsində aparılıb.

“Növbəti mərhələdə bu il iyulun 31-dən planlaşdırılan işlərə başlanılacaq, bununla əlaqədar körpünün bir tərəfindən hərəkət məhdudlaşdırılacaq, bərpa olunan tərəfdən isə avtomobillərin hərəkəti ikitərəfli olacaq. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir”, – Tbilisi Meriyasının məlumatında deyilir.