Didube rayonunda, İrodion Evdoşvili küçəsində bu gündən etibarən bir ay müddətinə avtomobil hərəkəti məhdudlaşdırılacaq
Didube Rayonu İcra Hakimiyyəti Didube rayonunda, İrodion Evdoşvili küçəsində yol infrastruktur layihələri həyata keçirir.
Reabilitasiya işləri ilə əlaqədar bu gündən etibarən bir ay müddətində Akaki Tsereteli prospekti ilə İrodion Evdoşvili küçəsinin kəsişməsindən Tsemi küçəsinin kəsişməsinə gədər olan əraziyə qədər avtomobil hərəkəti tam məhdudlaşdırılacaq.
Bu müddət ərzində avtomobilin hərəkəti yalnız yerli əhali ilə yanaşı, Fövqəladə Halların İdarə Olunması Xidmətinin nəqliyyat vasitələri üçün mümkün olacaq.
Məhdudiyyət dövründə avtomobil hərəkəti alternativ küçələrdən istifadə etməklə həyata keçiriləcək.
Bu barədə Tbilisi meriyasının mətbuat xidməti məlumat yayır.