Didube-Avcala hissəsində dəmir yolu hadisəsinə görə saat 17:05-ə təyin edilmiş Tbilisi-Batumi sərnişin reysi ləğv edilib
Didube-Avcala hissəsində dəmir yolu hadisəsinə görə saat 17:05-ə təyin edilmiş Tbilisi-Batumi sərnişin reysi ləğv edilib

 
Saat 17:05-ə təyin edilmiş Tbilisi-Batumi sərnişin reysi ləğv edilib. Reysin ləğv edilməsinin səbəbi Didube-Avcala hissəsində baş verən və iki dəmiryol əməkdaşının ölümü ilə nəticələnən dəmir yolu hadisəsi olub.

Bu haqda məlumatı “Gürcüstan Dəmir Yolları”nın mətbuat xidməti yayır.

“Hörmətli sərnişinlər, baş vermiş dəmir yolu hadisəsinə görə, sentyabrın 3-də 804 saylı Tbilisi-Batumi sərnişin qatarının saat 17:05 reysi ləğv edilib. “Gürcüstan Dəmir Yolları” sərnişinlər üçün ləğv edilmiş reysin pulunu qarşılayacaq. Şirkət yaranmış narahatlığa görə üzr istəyir” – bəyanatda qeyd olunub.