Dİ naziri Soso Kutateladzenin qətli işi üzrə konkret nəticələri yaxın günlərdə gözləyir
Dİ naziri, Giorgi Qaxariyanın bəyanatına görə, keçmiş deputat, general Soso (Samson) Kutateladzenin qətli işi üzrə xüsusi istintaq qrupunun fəaliyyəti nəticələri barəsində mediya üçün şərhlər bir və ya iki günə ediləcək. Nazirin dediyinə görə, iş üzrə fəal istintaq tədbirləri davam edir.
“Dünən, Soso (Samson) Kutateladzenin qətli işi üzrə xüsusi istintaq qrupu yaradıldı. Bu yüksək səviyyəli peşəkar qrupdur. Kifayət qədər böyük qrupdur. Onun üzvləri artıq işin prossesinə qoşulublar. İş üzrə kifayət qədər optimist intizarlarımız var. Bu günki durumla deyə bilərəm ki, fəal istintaq hərəkətləri davam edir və yaxın zamanda konkret nəticələri gözləyirik.
Başa düşürük ki, bu rzonanslı işdir və sabahdan istintaq qrupu ictimaiyyətlə əlaqədə açıq olacaq. Sözsüz ki, məlumat tam olar açıq şəkildə paylanılacaqdır.
Təxminən sabah və ya o birisi günü, istintaq tədbirlərinin fəal mərhələsi, böyük hissəsinin sona çatmasından sonra ictimayyət ilə fəal komminikasiyanı başlayacağıq”, – Dİ naziri bəyan etdi.
Bununla yanaşı, Girogi Qaxariyanın dediyinə görə, konkret olaraq bu cinayət ilə bağlı heçkim yaxalanmayıb.
Birinci Kanalın məlumatına görə, Soso Kutateladzenin qətli işi üzrə yaxalanana qarşı irəli sürülən ittiham odlu silahın qeyri qanuni əldə olunması-saxlanılmasını nəzərdə tutur.