Dezinformasiya kampaniyası və kiberhücumlar səbəbindən Rusiyanın səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb
Dezinformasiya kampaniyası və kiberhücumlar səbəbindən Rusiyanın səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb

2025-ci ilin fevralında keçiriləcək Bundestaq seçkiləri öncəsi dezinformasiya kampaniyası və kiberhücumlar səbəbindən Rusiyanın səfiri Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə məlumatı Almaniya mediası yayır.

“Der Spiegel”in yazdığı kimi, Xarici İşlər Nazirliyində bildiriblər ki, hakimiyyət fevralda keçiriləcək federal seçkilər öncəsi Rusiya ilə genişmiqyaslı dezinformasiya kampaniyası və kiberhücumlar arasında əlaqə yaradıb.

Qurumda qeyd edirlər ki, “Storm 1516” kod adlı dezinformasiya kampaniyasının məqsədi ölkədə vəziyyətin destabilizasiyası olub. Medianın məlumatına görə, kampaniya çərçivəsində yayılan saxta xəbərlər əsasən “Xristian Demokrat İttifaqı” və “Xristian Sosial Birlik”, həmçinin, Yaşıllara qarşı yönəlib.