Dəyişikliklər layihəsinə əsasən, hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni göstərişinə tabe olmayan şəxs cinayət məsuliyyətinə cəlb olunacaq
Dəyişikliklər layihəsinə əsasən, hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni göstərişinə tabe olmayan şəxs cinayət məsuliyyətinə cəlb olunacaq

Cinayət Məcəlləsinə hüquq-mühafizə orqanının əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni əmrinə tabe olmayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan yeni maddə əlavə olunacaq, – bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxalia çoxluğun bugünkü iclası başa çatdıqdan sonra keçirilən brifinqdə bildirib.

Onun izah etdiyi kimi, sözügedən şəxs bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, residiv halında isə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bundan başqa, başqa növ cəza tətbiq edilməyəcək.