Devid Lemm – İranın nüvə silahı ola bilməz, biz onu ABŞ-la danışıqları davam etdirməyə çağırırıq

22:41, 20.06.2025

“Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmin bildirdiyinə görə, İran nüvə silahına sahib ola bilməz.

“Biz çox aydın şəkildə bildirdik ki, İran nüvə silahına sahib ola bilməz”, – Devid Lemm Cenevrədə İran və avropalı tərəfdaşlar arasında danışıqlardan sonra bildirib.

Lemmin qeyd etdiyi kimi, onun avropalı həmkarları da İranla müzakirələrin davam etdirilməsini dəstəkləyir.

“Biz İranı ABŞ-la danışıqları davam etdirməyə çağırırıq”, – Devid Lemm bildirib.

Bununla yanaşı, Devid Lemmin dediyinə görə, bu təhlükəli bir məqamdır və İran və İsrail arasındakı münaqişənin regional eskalasiyaya çevrilməməsi çox vacibdir.

Oxşar