Devid Lam - Birləşmiş Krallıq demokratik normalardan geri çəkilmə dayandırılana qədər Gürcüstan hökumətinin proqram dəstəyini dayandırır, müdafiə sahəsində əməkdaşlığı məhdudlaşdırır, "Gürcü Arzusu" hökumətinin nümayəndələri ilə əlaqəni azaldır
Devid Lam - Birləşmiş Krallıq demokratik normalardan geri çəkilmə dayandırılana qədər Gürcüstan hökumətinin proqram dəstəyini dayandırır, müdafiə sahəsində əməkdaşlığı məhdudlaşdırır, "Gürcü Arzusu" hökumətinin nümayəndələri ilə əlaqəni azaldır

Birləşmiş Krallıq Gürcüstan hökumətinin proqram dəstəyini dərhal dayandırır, müdafiə sahəsində əməkdaşlığı məhdudlaşdırır və Avropa demokratik norma və azadlıqlarından geri çəkilmə dayandırılana qədər “Gürcü Arzusu” hökumətinin nümayəndələri ilə əlaqəni azaldır”, – bu barədə Böyük Britaniyanın Xarici İşlər, Dostluq və İnkişaf naziri Devid Lammın Böyük Britaniyanın Gürcüstandakı səfirliyi tərəfindən yayılan bəyanatında deyilir.

“Gürcüstan hakimiyyəti tərəfindən etirazçılara və jurnalistlərə qarşı zorakılıq ilə bağlı şok edici səhnələr qəbuledilməzdir və dayandırılmalıdır.

Bu hərəkətlər Gürcüstanın beynəlxalq mövqelərinə xələl gətirir və Gürcüstanın Avropa gələcəyinə yönəlik konstitusiya öhdəliyinə ziddir.

Mövcud hadisələri nəzərə alaraq, Birləşmiş Krallıq Gürcüstan hökumətinin proqram dəstəyini dərhal dayandırır, müdafiə sahəsində əməkdaşlığı məhdudlaşdırır və Avropa demokratik norma və azadlıqlarından geri çəkilmə dayandırılana qədər “Gürcü Arzusu” hökumətinin nümayəndələri ilə əlaqəni azaldır.

Birləşmiş Krallıq Gürcüstan əhalisinin yanında olmağa davam edəcək və onların öz ölkəsinin gələcəyini seçmək hüququnu dəstəkləyəcək”, – Devid Lammın bəyanatında qeyd olunub.