Devid Kemeron və Entoni Blinken İsrail-Qəzza münaqişəsi və Ukraynaya dəstəyi müzakirə ediblər
Devid Kemeron və Entoni Blinken İsrail-Qəzza münaqişəsi və Ukraynaya dəstəyi müzakirə ediblər

 
Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron ABŞ dövlət katibi Entoni Blinkenlə İsrail və Qəzza arasındakı silahlı münaqişə barədə danışıb.

BBC-nin məlumatına əsasən, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri və ABŞ dövlət katibi “İsrailin müdafiə hüququ və Qəzzaya yardımın təhlükəsiz çatdırılması üçün humanitar fasilələrə ehtiyacı” müzakirə ediblər.

Bundan əlavə, Devid Kemeron və Entoni Blinken Ukraynaya dəstək məsələlərindən də danışıblar.

ABŞ Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunduğu üzrə, Blinken və Kemeron “ABŞ və Birləşmiş Krallıq arasında xüsusi əlaqələri və onun regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini xüsusilə vurğulayıblar”.