“Deutsche Welle” – Latviyaya qaz yenə də Rusiyadan tədarük olunur
Latviyaya qaz yenə də Rusiyadan tədarük olunur-bu barədə “Deutsche Welle” alman agentliyi yazır. Agentliyin məlumatında, bunu Latviyanın təbii qazın nəqli və saxlanması operatoru olan Conexus Baltic Grid şirkətinin göstəricilərinin sübut etdiyi deyilir.
Nəşrin yazdığı üzrə, rus qazı Latviyaya Estoniyanın Luhamaa stansiyası vasitəsilə axır.
Latviya Moskvanın qazın pulunu rus rublu ilə ödəmək tələblərini yerinə yetirməkdən imtina etdikdən sonra aprelin əvvəlində Rusiya qazının nəqlini dayandırıb.
“Deutsche Welle”nin verdiyi məlumatda, iyun ayında Latviyanın təbii qaz nəqli operatoru Latvijas gāze alışları bərpa edib. Latvijas gāze-də xammalın birbaşa “Qazprom”dan alınmadığını və əməliyyatların avro ilə aparıldığını bildirirlər.