“Deutsche Welle” – Avropada qazın qiyməti Ukraynada müharibə başlayandan bəri ən aşağı səviyyəyə düşüb
Avropada qazın qiyməti Ukraynada müharibə başlayandan bəri ən aşağı həddə düşüb. Bu barədə “Deutsche Welle” məlumat yayır. Belə ki, çərşənbə axşamı Avropanın ən böyük mərkəzi olan Hollandiya birjasında qazın bir meqavatsaat qiyməti 77 avrodan (min kubmetr üçün 820 avro) aşağı düşüb. Bu, Rusiyanın Ukraynaya təcavüzündən bəri ən aşağı göstəricidir.
Almaniyanın Federal Şəbəkə Agentliyinin məlumatında bildirilir ki, təbii qazın qiymətinin ucuzlaşmasının səbəbləri arasında havaların nisbətən isti keçməsi, bu səbəbdən qaz istehlakının azalması, eləcə də külək elektrik stansiyaları tərəfindən daha çox enerjinin istehsal olunması göstərilir.
“Deutsche Welle”nin qeyd etdiyi kimi, Ukraynada müharibə başlamazdan iki gün əvvəl, fevralın 22-də qazın bir meqavat saatının qiyməti 79,9 avro təşkil edirdi. Fevralın 24-də bu göstərici 128 avroya yüksəlib, avqustun sonunda isə maksimuma çatıb və 350 avro təşkil edib. Qiymətlərin kəskin artmasının səbəbləri arasında Rusiyaya qarşı sanksiyaların tətbiqi, Moskvanın qaz təchizatını dayandırması və qaz ehtiyatlarının görülməsi göstərilib.