“Deutsche Welle” – Almaniya Aİ və Rusiya arasında sadələşdirilmiş viza rejiminin dayandırılması təklifi ilə çıxış edir
Almaniya Aİ və Rusiya arasında sadələşdirilmiş viza rejiminin dayandırılması təklifi ilə çıxış edir. “Deutsche Welle” agentliyi bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbokun açıqlama verdiyini bildirir.
Analena Berbok bu təklifin ikiyə bölünmüş üzv dövlətlər arasında birləşdirici körpü ola biləcəyini qeyd edib.
Avropa İttifaqına üzv dövlətlərin bəziləri ruslara Şengen vizalarının verilməsinin tamamilə dayandırılmasını tələb edir, bəziləri isə viza məhdudiyyətinin əleyhinədir. Almaniya xarici işlər nazirinin sözlərinə görə, müddəalardan biri Rusiya Federasiyası vətəndaşlarına Avropa İttifaqında çoxillik, çoxdəfəlik vizaların verilməsinin tamamilə dayandırılması olmalıdır.
Medianın yazdığı üzrə, bundan başqa, Aİ ölkələri viza verməzdən əvvəl viza müraciətinin hansı əsasla təqdim edildiyini və ərizəçinin Rusiya hökuməti ilə hansı əlaqəsinin olduğunu yoxlamaq imkanı əldə edəcəklər.