“Deutsche Welle” – Aİ Rusiya vətəndaşlarına və rus şirkətlərinə məxsus 18,9 milyard avronu dondurub
Avropa İttifaqı Rusiya vətəndaşlarına və rus şirkətlərinə məxsus 18,9 milyard avronu dondurub. Bu barədə “Deutsche Welle” məlumat yayır.
Statistik göstəricilərə əsasən 3,5 milyard avroyla ən çox Belçika dondurub . İkinci yerdə 2,5 milyardla Lüksemburq və 2,2 milyard avro dəyərində dondurulmuş aktivlərlə Almaniya qərarlaşıb.
Artıq 150.000 avronun bloklandığı Malta da bu siyahıdadır. Bu vəsaitə daşınmaz əmlakın, eləcə də yaxtaların, helikopterlərin və sənət əsərlərinin dəyəri daxildir. Həmçinin Rusiya Mərkəzi Bankına məxsus 300 milyard avro indiyədək dondurulub.
Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyenin ötən həftə dediyi kimi, Brüsseldə bu aktivlərin müsadirəsi və Ukraynaya dəymiş zərərin ödənilməsi məsələsi aktiv şəkildə müzakirə olunur.