“Der spiegel” nəşri – üzv dövlətlər müdafiə xərclərini artırmasa, Donald Tramp NATO-nun növbəti sammitində iştirak etməyə bilər

21:07, 02.05.2025

Üzv dövlətlər müdafiə xərclərini artırmasa, Donald Tramp NATO-nun növbəti sammitində iştirak etməyə bilər, – bu barədə “Der Spiegel” yazır.

Nəşrin yazdığına görə, ABŞ-ın NATO-dakı yeni səfiri Metyu Uitaker ehtimal ki, alman tərəfinə bildirib ki, üzv dövlətlər müdafiə xərclərini artıracağını bəyan etməsələr, Donald Tramp alyansın gələcək sammitində iştirak etməyə bilər.

“Der Spiegel”in mənbələrinin məlumatına görə, Uitaker hər görüşdə ABŞ administrasiyasının üzv dövlətlərin ÜDM-in 5%-ni müdafiəyə xərcləməyi öhdəsinə götürməsi tələbini vurğulayır.

“Başdan almanlar inanırdılar ki, amerikalılar bu beş faiz məsələsində ciddi danışmırdıla və bu, sadəcə, danışıqlar taktikası idi. İndi onlar Uitakerin sözünə inanırlar, hətta o, digər NATO ölkələri bu vaxta qədər mövqeyini dəyişməsə, Trampın iyun sammitinə gəlməyəcəyini deyəndə belə”, – nəşr yazır.

Məlum olduğu kimi, Donald Tramp hakimiyyətə gəldikdən sonra NATO müttəfiqlərindən müdafiə xərclərini ÜDM-in ən azı 5%-i qədər artırmağı tələb edir. Bununla yanaşı, aprelin əvvəlində Polşa Donald Trampdan 2025-ci ilin iyununda planlaşdırılan sammitdə iştirakı ilə bağlı təsdiq aldığını bəyan etdi. “Der Spiegel”in yazdığı kimi, sammitdə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirak etməsi gözlənilir.

Oxşar