“Der Spiegel” – Avropa Komissiyası Avropa ölkələrində daxili sərhəd nəzarətinin mərhələli şəkildə ləğv edilməsini tələb edir və ümumi Avropa sisteminin səmərəli olduğunu hesab edir

15:52, 06.06.2026

Avropa Komissiyası Almaniyada və digər Avropa ölkələrində Aİ-nin daxili sərhədlərində tətbiq edilən sərhəd nəzarətinin tədricən ləğv olunmasını tələb edir, – bu barədə “Der Spiegel” yazır.

Avropa Komissiyasının miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunerin bildirdiyinə görə, qurumun qiymətləndirməsinə əsasən hazırda daxili nəzarətin qüvvədə olduğu doqquz üzv dövlətdə sərhəd yoxlamalarının mərhələli şəkildə azaldılması həm mümkündür, həm də məqsədəuyğundur.

Sərhəd nəzarətinin azaldılması çağırışının səbəbi kimi isə Bruner qaçqınların sayının kəskin şəkildə azalmasını göstərib.

“Digər tərəfdən, xarici sərhədlərin qorunması və vahid Avropa giriş-çıxış sistemi kimi görülən tədbirlər öz nəticəsini verir”, – deyə Avropa Komissarı qeyd edib.

Oxşar