Dəniz Nəqliyyatı Agentliyi - İraq sularının yaxınlığında gəmiyə dron hücumundan sonra gürcü dənizçilər təhlükəsizdir, onların vətənə qaytarılması prosesi davam edir
İraq sularının yaxınlığında gəmiyə dron hücumundan sonra gürcü dənizçilər təhlükəsizdir, onların vətənə qaytarılması prosesi davam edir, – bu barədə Dəniz Nəqliyyatı Agentliyi məlumat yayır.
Agentliyin məlumatına görə, onlar, Gürcüstanın digər müvafiq qurumları ilə birlikdə, gəmi sahibi şirkəti ilə əlaqə saxlayırlar və gürcü dənizçilərinin maraqlarının qorunması üçün zəruri tədbirlər görüləcək.
“Dəniz Nəqliyyatı Agentliyi 11 martda İraq Respublikası suları yaxınlığında bir tankerdə baş vermiş hadisə barədə məlumat alıb ki, bu da ehtimal ki, dron hücumu ilə bağlıdır.
Kruinq şirkətindən əldə edilən məlumata görə, gəmidə gürcü dənizçiləri olub və hazırda onlar təhlükəsizdilər.
Gəmi sahibi şirkət və sığorta şirkəti prosesə cəlb olunub və dənizçilərin vətənə qaytarılması prosesi təşkil olunur.
Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi ölkənin digər müvafiq qurumları ilə birlikdə gəmi sahibi ilə daim əlaqə saxlayır və zərurət yarandıqda, Gürcüstan vətəndaşı olan dənizçilərin maraqlarının qorunması üçün bütün tədbirlər görüləcək.
Beynəlxalq Dəniz Təşkilatı (IMO) və digər beynəlxalq qurumlar Yaxın Şərqdəki dəniz bölgəsində mövcud təhlükəsizlik mühitini daim izləyir. Bu bölgə qlobal ticarət üçün vacib marşrutlardan biridir və enerji yükü daşıyan tankerlər də daxil olmaqla hər gün bir çox ticarət gəmisi hərəkət edir. Bu şəraitdən irəli gələrək, gəmilər mövcud beynəlxalq təhlükəsizlik tövsiyələrinə uyğun fəaliyyət göstərirlər”, – deyə Dəniz Nəqliyyatı Agentliyinin yaydığı məlumatda deyilib.