Denis Şmiqal bildirir ki, Ukrayna Rusiya təbii qazının tranziti ilə bağlı razılaşmanı uzatmayacaq

18:41, 07.10.2024

Ukraynanın baş naziri Denis Şmiqalın bildirdiyinə görə, Kiyev Rusiya təbii qazının tranziti ilə bağlı razılaşmanı uzatmayacaq. Ukrayna mediasının yazdığına görə, müqavilə 2025-ci ildə başa çatır.

Qeyd olunan bəyanatı Denis Şmiqal slovakiyalı həmkarı Robert Fitso ilə birgə keçirdiyi mətbuat konfransında verib.

Denis Şmiqalın söylədiyinə görə, Ukraynanın strateji məqsədi Rusiya təbii qazına qarşı sanksiyalar tətbiq etmək və bununla da Kremli enerji resurslarının satışından gələn gəlirsiz qoymaqdır.

“Biz anlayırıq ki, bəzi dövlət Rusiya qazından, xüsusən də Slovakiyadan çox asılıdır, lakin ümid edirik ki, təbii qaz təchizatı tədricən şaxələndiriləcək”, – Şmiqal bildirib.

Oxşar