Denis Şmiqal ABŞ və NATO-nun Ukraynaya yeni hərbi yardım mexanizmini işə saldığını bildirir
Amerika Birləşmiş Ştatları və NATO Ukraynaya yeni hərbi yardım mexanizmini işə salıb.
Ukraynanın müdafiə naziri Denis Şmiqalın bildirdiyinə görə, yeni mexanizm “Ukraynanın prioritet tələbləri“ siyahısı çərçivəsində işləyir və “Ukraynaya öz mövqelərini gücləndirmək, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün təcili olaraq silah çatdırmaq” məqsədi daşıyır.
“Bu təşəbbüs Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte arasında əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilir”, – Denis Şmiqal qeyd edir.
Şmiqalın izah etdiyi kimi, alyansa üzv ölkələr və tərəfdaşlar amerikan silah və texnologiyalarının tədarükü prosesini “könüllü töhfələr hesabına” maliyyələşdirmək imkanı əldə edəcəklər.
“Hollandiya 500 milyon avro məbləğində ilk yardım paketini maliyyələşdirməyi öz üzərinə götürüb və silahın yaxın gələcəkdə çatdırılacağı gözlənilir”, – Ukraynanın müdafiə naziri yazır.