Dəmir yolunun istifadəsində olan yüklərin, dəmir yolu obyektlərinin və infrastrukturun mühafizəsi səlahiyyəti Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinə veriləcək
Dəmir yolunun istifadəsində olan yüklərin, dəmir yolu obyektlərinin və infrastrukturun mühafizəsi səlahiyyəti Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinə veriləcək

Dəmir yolunun istifadəsində olan yüklərin, dəmir yolu obyektlərinin və infrastrukturun mühafizəsi səlahiyyəti Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinə veriləcək. Bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.

Daraxvelidzenin izahatına görə, məqsəd mühafizəni daha effektiv həyata keçirməkdir.

Aleksandre Daraxvelidzenin dediyinə görə, qüvvədə olan qanunda qeyd olunur ki, sözügedən funksiyanı artıq mövcud olmayan Nəqliyyat Polisi həyata keçirir, buna görə də bu məsələnin qanunvericilik səviyyəsində tənzimlənməsi zəruri olub.

“Ölkəmiz üçün Gürcüstan Dəmir Yolu strateji obyektlərdən biridir. Müvafiq olaraq, yüklərin və dəmir yolunun istifadəsində olan obyektlərin yüksək effektivliklə qorunması tələb olunur. Qərara gəlinib ki, qorunma özəl mühafizə şirkətləri tərəfindən deyil, Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamenti tərəfindən həyata keçirilsin, beləliklə, yüklərin, dəmir yolu obyektlərinin və dəmir yoluna aid infrastrukturun daha effektiv qorunması təmin olunsun. Qeyd etmək lazımdır ki, qanunun qüvvədə olan maddəsində göstərilir ki, sözügedən funksiyanı artıq mövcud olmayan Nəqliyyat Polisi həyata keçirir. Buna görə də zərurət yaranıb ki, bu məsələ qanun səviyyəsində tənzimlənmiş olsun və qeyd olunan səlahiyyət Müdafiə Polisi Departamentinə verilsin”, – deyə Aleksandre Daraxvelidze bildirib.