Davosda Volodimir Zelenski və İlham Əliyevin görüşü keçirilib
Davosda Ukrayna və Azərbaycan prezidentlərinin görüşü keçirilib.
Ukrayna prezidenti Volodimir Zelenskinin sosial şəbəkədə yazdığı kimi, o, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bir daha İlham Əliyevə başsağlığı verib.
“Qəza yerindən sübutlar aydındır. Rusiyaya təzyiq etmək lazımdır ki, onu həqiqəti deməyə məcbur etsinlər”, – Zelenski qeyd edib.
Ukrayna liderinin məlumatına görə, Əliyevlə görüşü zamanı o, həmçinin ikitərəfli əlaqələr və onların gələcək inkişafı, o cümlədən ticarət dövriyyəsinin artırılması və enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib. Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi yardımı qiymətləndirdiyini bildirib.