Davit Zalkaniani - ABŞ-ın Müdafiyə Avtorizasiyasının aktı Gürcüstanın ABŞ-ın müttəfiqi və partnyoru olduğunu vurğulayır
“ABŞ-ın Müdafiyə Avtorizasiyası aktında əvvəlki illərdən fərqli olaraq, Gürcüstan haqqında qətnamə olduqca ətraflıdır və Gürcüstanın ABŞ-ın həm müttəfiqi, həm partnyoru olduğunu vurğulayır” – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani verdi.
Zalkaniani qeyd etdi ki, Gürcüstan Avropanın regional təhlükəsizlik kontekstində digər ölkələrlə bərabər müzakirə olunur.
Onun dediyinə görə, çox əhəmiyyətlidir ki, ABŞ Gürcüstanın özünü müdafiyə etmə qabiliyyətinin gücləndirilməsini öz milli maraqlarının hissəsi olaraq, görür.
Xatırladaq ki, Donald Tramp ABŞ-da Milli Müdafiyə Avtorizasiya aktını imzaladı (FY19NDAA).
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, aktın yazılarına əsasən, Gürcüstan Avropanın təhlükəsizlik kontekstində Qara Dəniz və Baltikyanı ölkələrlə birlikdə ABŞ-ın müttəfiqi və partnyoru kimi qeyd olunur.
İdarənin dediyinə görə, müdafiyə avtorizasiyası aktı 2019-cu fiskal il üçün ABŞ-ın Müdafiyə departamentinin büdcə prioritetlərini müəyyən edir.
Qanunun #1248 alt bəndi, Avropada Rusiya aqressiyasının dayandırılmasına aiddir (SENSE OF SENATE ON ENHANCING DETERRENCE AGAINST RUSSIAN AGGRESSION IN EUROPE)