Davit Zalkaniani - 10 ildən sonra Angela Merkelin səfəri onun təsdiqidir ki, Gürcüstanın Almaniyanın siyasi gündəmində əhəmiyyətli yeri var
“Almaniya kansleri Angela Merkelin on ildən sonra Gürcüstana səfəri onun təsdiqidir ki, Gürcüstanın Almaniyanın siyasi gündəmində əhəmiyyətli yeri var, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani verdi.
Onun dediyinə görə, Gürcüstan-Almaniya əlaqələri son illərdə çox intensiv idi və bu iki tərəfli səfərlərlə də təsdiqlənirdi.
“Bu səfərinin çox böyük iqtisadi əhəmiyyəti də olacaq. İqtisadi forum planlaşdırılır.
Nümayəndə heyyətinin tərkibində aparıcı alman şirkətlərinin nümayəndələri olacaqlar və biz iqtisadi əməkdaşlığımızın səviyyəsini də siyasi əməkdaşlığımızın səviyyəsinə çıxardacağıq” – dedi Davit Zalkaniani.
Angela Merkel Gürcüstana avqustun 23-də gələcək.