Davit Zalkaliani - yüksək səviyyəli görüşlərdə və ictimai çıxışlarda Gürcüstan mövzusundan davamlı olaraq bəhs edilməsi tərəfdaşların Rusiya ilə münasibətlərin gündəliyində ölkəmizin məsələsinin prioritetliyindən xəbər verir
Davit Zalkaliani - yüksək səviyyəli görüşlərdə və ictimai çıxışlarda Gürcüstan mövzusundan davamlı olaraq bəhs edilməsi tərəfdaşların Rusiya ilə münasibətlərin gündəliyində ölkəmizin məsələsinin prioritetliyindən xəbər verir

 
Gürcüstan mövzusundan davamlı olaraq yüksək səviyyəli görüşlərdə, o cümlədən ictimai çıxışlarda , ABŞ dövlət katibinin də ümumi, qlobal təhlükəsizlik kontekstində Gürcüstanın adından bəhs etməsi faktı onu göstərir ki, tərəfdaşlarımız üçün Gürcüstanla əməkdaşlıq, strateji tərəfdaşlıq və bu sahədə Rusiya ilə münasibətlərin gündəliyində ölkəmizin məsələsini aktuallaşdırmaq olduqca prioritetdir-bu barədə vitse-baş nazir, xarici işlər naziri Davit Zalkaliani NATO baş katibinin müavini Mirça Joanna ilə telefon danışığından sonra bildirib ki, onun qiymətləndirməsinə görə bu, ABŞ dövlət katibinin müavini, Vendi Şermanla keçirilən telefon danışığının məntiqi davamıdır.

Nazirin sözlərinə görə, NATO baş katibinin müavini ilə telefon danışığı Gürcüstana yönəlik tərəfdaşların daimi diqqətinin təsdiqidir.

Gürcüstanın birinci diplomatının sözlərinə görə, danışıqlarda Rusiya və NATO müttəfiqləri arasında Avropa təhlükəsizliyi üzrə başladılmış danışıqlar prosesi ətraflı şəkildə müzakirə olunub.

“Mən bu gün NATO baş katibinin müavini tərəfindən əmin oldum ki, NATO Gürcüstanla bağlı mövqeyinə yenidən baxmaq niyyətində deyil, o, öz qərarlarında ardıcıldır və Avropanın təhlükəsizliyi tərəfdaşların təhlükəsizliyinə əsaslanı”-deyə Gürcüstanın xarici işlər naziri bildirib.

Nazirin verdiyi məlumata görə, bu məsələ ilə bağlı tərəfdaşlarla sıx əlaqə gələcəkdə də davam etdiriləcək və yaxın gələcəkdə bir sonrakı müxtəlif tədbirlər planlaşdırılıb.