Davit Zalkaliani - Gürcüstan və ABŞ arasındakı münasibətlər olduğu son səviyyəyə qayıtmamalı, əksinə biz bu tərəfdaşlığı gücləndirməli və yeni səviyyəyə qaldırmalıyıq
Gürcüstanla ABŞ arasındakı əməkdaşlıq və müstəqilliyin ilk ilindən qurulan münasibətlər indiki vəziyyətə layiq deyil. Biz olduğumuz son səviyyəyə qayıtmamalıyıq, əksinə, bu tərəfdaşlığı gücləndirməli və keyfiyyətcə yeni səviyyəyə qaldırmalıyıq-bu haqda Gürcüstanın ABŞ-dakı səfiri Davit Zalkaliani deyib.
Səfir, Gürcüstanın Xarici İşlər Nazirliyinin rəhbəri İlia Darçiaşvili ilə Entoni Blinkenin müavini Con Bass arasında görüşdə ölkələr arasında mövcud vəziyyətə toxunulduğunu bildirib.
“Gürcüstanın xarici işlər naziri ilə Entoni Blinkenin müavini Con Bass arasında çox maraqlı və məhsuldar görüş baş tutdu, tərəflər bu gün yaranmış vəziyyətdən irəli gələrək, ikitərəfli münasibətlərin aktual olan bütün istiqamətlərini müzakirə etdilər. Görüşdə strateji tərəfdaşlar arasında bu gün mövcud ikitərəfli vəziyyətin Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın həqiqətən də layiq olduğu vəziyyətə uyğun gəlməməsindən təəssüf hissi ifadə olunub. Görüşdə bu vəziyyətdən çıxmaq üçün yollar və atılmalı olan addımlar barədə ətraflı müzakirə aparılıb”- deyə səfir bildirib.
Davit Zalkaliani, bu gün strateji tərəfdaşlar arasında mövcud olan çətinliklərin aşılması üçün hər şeyin ediləcəyini bildirib.
“Gürcüstan Amerika ilə strateji tərəfdaşlıq və əməkdaşlığa sadiq olduğunu və bu gün mövcud olan çətinliklərin aşılması üçün hər şeyin ediləcəyi ilə bağlı ümid və iradəsini ifadə etdi, çünki təməli 32 il əvvəl qoyulmuş strateji tərəfdaşlığımız, Gürcüstanın müstəqilliyinin ilk ilindən və ondan sonrakı dövrdə mövcud olan münasibətlərin praktikası həqiqətən bu gün iki strateji tərəfdaş arasında əməkdaşlığın olduğu vəziyyətə layiq deyil. Bundan irəli gələrək, görüşdən sonra müvafiq nəticələr çıxarılacağına dair məndə ümid yarandı. Gürcüstanın hazırkı hakimiyyəti demokratik islahatlara sadiq olduğunu dəfələrlə sübut edib. Keçirilmiş bütün seçkilər onu deməyə əsas verir ki, oktyabrın 26-da keçiriləcək seçkilər də beynəlxalq prinsiplərə və standartlara uyğun keçiriləcək” – Zalkaliani bildirib.
Gürcüstanın ABŞ-dakı səfiri, görüşdə həm də regionda yaranmış geosiyasi vəziyyətin müzakirə edildiyini bildirib.
“Gürcüstanın Amerikanın bölgədə əsas müttəfiqi olduğunu əməllərimiz və strateji tərəfdaşla əməkdaşlığımız ilə dəfələrlə sübut etmişik və təsdiqləmişik. Bu gün olduqca çətin geosiyasi vəziyyətin yaranmasından irəli gələrək, bu əməkdaşlığın harmoniya və sıx koordinasiyada olması hər iki ölkənin marağındadır. Ona görə də bugünkü görüş mənə nikbinliyə əsas verir. Təmasların davam etməsi vacibdir. Demək istərdim ki, yaranmış vəziyyətə baxmayaraq, son dövrlərdə daim təmaslar olub. Mən Gürcüstanın səfiri kimi strateji tərəfdaşlarımızla daim əlaqə saxlayırdım. Həmçinin, fəaliyyəti son dərəcə müsbət və konstruktiv olan ABŞ-ın Gürcüstandakı yeni səfiri fəal şəkildə işləyir. O, eləcə də mən mövcud vəziyyətin aşılmasında çox istəkliyik. Bizim əməkdaşlığımız və müstəqilliyimizin ilk ilindən qurulan münasibətlər indiki vəziyyətə layiq deyil. Biz olduğumuz son səviyyəyə qayıtmamalıyıq, əksinə, bu tərəfdaşlığı gücləndirməli və keyfiyyətcə yeni səviyyəyə qaldırmalıyıq” – Zalkaliani bildirib.