Davit Sonğulaşvili Kaxetidə beynəlxalq velosiped yarışının açılış mərasimində iştirak edib
Davit Sonğulaşvili Kaxetidə beynəlxalq velosiped yarışının açılış mərasimində iştirak edib

Veloturizm yalnız sağlam həyat tərzinin təşviqinə xidmət etmir, eyni zamanda yerli turizmin və müvafiq olaraq, iqtisadiyyatın inkişafı üçün əlverişli mühit yaradır, – bu barədə kənd təsərrüfatı naziri David Sonğulaşvili bildirib.

Onun söylədiyinə görə, ənənəvi şərab anbarlarının sağlam həyat tərzinin təbliğinə dəstək verməsi təqdirəlayiqdir.

“Veloturizm yalnız sağlam həyat tərzinin təşviqinə xidmət etmir, eyni zamanda yerli turizmin və müvafiq olaraq, iqtisadiyyatın inkişafı üçün əlverişli mühit yaradır. Ənənəvi şərab anbarlarının sağlam həyat tərzinin təşviqini dəstəkləməsi xüsusilə maraqlıdır. Bu yolla, bir tərəfdən bölgə üçün vacib layihələr inkişaf etdirilir, digər tərəfdən isə özəl sektorun sosial məsuliyyəti nümayiş olunur”, – David Sonğulaşvili bildirib.

“Şato Zeqaani” təşəbbüsü ilə keçirilən beynəlxalq veloyarışın məqsədi idman fəaliyyəti vasitəsilə Gürcüstanda veloturizmin inkişafını, sağlam həyat tərzinin təşviqini və şərab mədəniyyətinin tanıdılmasını təmin etməkdir ki, bu da Kaxeti regionunun turizm və iqtisadi potensialının artmasına töhfə verir. Oxşar təcrübə Avropanın aparıcı şərab regionlarında geniş yayılıb.

Tədbirə gələn qonaqlar müxtəlif velosiped istehsal edən şirkətlərin stendlərinə baxış keçirmək, xüsusi olaraq bu günə həsr olunmuş şərab süzmə prosesində iştirak etmək və bölgədə ekoloji dostu turizmin inkişaf perspektivləri ilə tanış olmaq imkanı əldə ediblər.

Veloyarış qaliblərin mükafatlandırılması ilə yekunlaşacaq və burada üç ən yaxşı velosipedçi müəyyən ediləcək.

Veloyarışın açılış mərasiminə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Davit Sonğulaşvili və Kaxeti regionunun dövlət nümayəndəsi Qiorqi Aladaşvili iştirak ediblər.

Məlumatı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti yayır.