Davit Sonğulaşvili İspaniyanın “Vocento Gastronomía” qastronomiya şirkətinin nümayəndələri ilə görüşüb
Davit Sonğulaşvili İspaniyanın “Vocento Gastronomía” qastronomiya şirkətinin nümayəndələri ilə görüşüb

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili İspaniyanın “Vocento Gastronomía” qastronomiya şirkətinin baş direktoru Benjamin Lana və kommersiya direktoru Luis Marti ilə görüşüb.

Görüşdə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze iştirak edirdi.

Davit Sonğulaşvili qastronomiya sektorunun inkişafının dəstəklənməsinin əhəmiyyətindən danışdı, bu da birbaşa gürcü məhsullarının tanıdılması və istehsalın stimullaşdırılması, həmçinin aqrar sektorun və ən əsası isə şərabçılıq sektorunun inkişafı ilə bağlıdır.

Nazirin bildirdiyinə görə, Kaxetidə, Gurcaani bələdiyyəsində Bask Kulinariya Mərkəzinin dəstəyi ilə Qastronomiya mərkəzinin açılması planlaşdırılır və bu mərkəzdə “Vocento Gastronomía”nın təcrübəsinin paylaşılması və dəstəyi xüsusilə vacib olacaq.

Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadzenin görüşdə bildirdiyi kimi, qeyd olunan istiqamətdə ölkədə qastronomik turizmin inkişafına əhəmiyyətli dərəcədə kömək edəcək strateji sənəd üzərində iş fəal şəkildə aparılır.

Söhbət həmçinin beynəlxalq qastronomiya tədbirlərində iştirak istiqamətində əməkdaşlığa da toxundu.

“Gürcüstanın qastronomiya sektorunun inkişafı üçün əhəmiyyətli potensialı var. Gürcü qastronomiyasının dünyanın digər ölkələrində təkrarlanmayan özünəməxsus xüsusiyyətləri var”, – Benjamin Lana bildirib.

Qeyd etmək lazımdır ki, Benjamin Lana müasir İspan qastronomiyasının ən nüfuzlu mütəxəssislərindən biridir; onun şirkəti – “Vocento Gastronomía” “Madrid Fusión”, “San Sebastián Gastronomika”, “Encuentro de los Mares”, “Worldcanic” kimi miqyaslı beynəlxalq qstronomiya tədbirlərinin təşkilatçısıdır.

Görüşdə İspaniyada yerləşən gürcü restoranı “Nunuka”nın təsisçisi Nino Kiltava da iştirak edirdi.

Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.