Davit Sonğulaşvili Fransaya işgüzar səfərə gedib və burada Ümumdünya Heyvan Sağlamlığının Mühafizəsi Təşkilatının 92-ci Baş Sessiyasında iştirak edəcək
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Fransaya işgüzar səfərə gedib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayır.
Nazirliyin məlumatına görə, səfər çərçivəsində nazir Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının 92-ci Baş Sessiyasında iştirak edəcək və çıxış edəcək.
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Emmanuel Subeyran, Portuqaliyanın kənd təsərrüfatı və balıqçılıq naziri Xose Manuel Fernandes və İspaniyanın kənd təsərrüfatı, balıqçılıq və qida naziri Luis Planas Puçades ilə görüşlər planlaşdırılıb. Nazirlə birlikdə Fransada Qida Təhlükəsizliyi üzrə Milli Agentliyin rəhbər şəxsləri də səfərdədirlər”, – Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilib.