Davit Qamğrelidze "Güclü Gürcüstan"ın seçki qərargahına rəhbərlik edəcək
“Güclü Gürcüstan” koalisiyası Davit Qamğrelidzenin rəhbərlik edəcəyi seçki qərargahını açıb.
Bu haqda seçki qərargahının açılış mərasimində “Güclü Gürcüstan”ın üzvü Mamuka Xazaradze deyib.
“Güclü Gürcüstan” platformasının gündəlik və ən əsası keyfiyyətcə böyüməsinə çox şadam. Bu gün sizə daha bir yenilik barədə xəbər vermək istəyirəm, gördüyünüz kimi biz yeni əraziyə, seçki qərargahımız adlanan yeni məkana köçmüşük. Sizi çoxdankı dostumla, hər zaman ölkəyə lazım olan yerdə dayanan, heç bir kritik vəziyyətdə heç vaxt bitərəf qalmayan, hər zaman ölkəmizin mübarizəsinin ön xəttində dayanan insanla, ciddi mütəxəssislə, təcrübəli insanla tanış etmək istərdim. Bu mübarizədə təşəbbüsü ələ alaraq seçki qərargahımızın rəhbəri olduğu üçün şəxsən ona təşəkkür etmək istəyirəm. İstəyirəm ki, Davit Qamğrelidzeni salamlayaq” – Mamuka Xazaradze bildirib.