Davit Matikaşvili Türkmənistan səfiri Dövlətmirat Seyitməmmədov ilə görüşüb
Davit Matikaşvili Türkmənistan səfiri Dövlətmirat Seyitməmmədov ilə görüşüb

Gürcüstan Parlamentinin Türkmənistan Parlamenti ilə Dostluq Qrupunun rəhbəri Davit Matikaşvili Türkmənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dövlətmirat Seitməmmədovla görüşüb.

Tərəflər iki ölkə arasındakı münasibətləri və Türkmənistan Məclisi sədrinin Gürcüstana planlaşdırılan səfərini müzakirə ediblər.

“Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin dəvəti ilə Türkmənistan Məclisinin sədri ölkəmizə fevral ayının sonunda səfər edəcək. Bu səfər həm də ölkələrimiz müstəqillik qazandıqdan sonra Türkmənistandan Gürcüstana ilk yüksək səviyyəli səfər olması baxımından vacibdir. Türkmənistan Gürcüstanın vacib tərəfdaşıdır və bu ölkənin “Orta Dəhliz” layihəsinin həyata keçirilməsindəki rolu çox böyükdür. Əminəm ki, qeyd olunan səfər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək”, – David Matikaşvili görüş başa çatdıqdan sonra bildirib.

Gürcüstan Parlamenti məlumat yayır.