Davit Matikaşvili - Dövlət öz yerindədir, bütün qanun pozuntusuna cavab veriləcək, cəmiyyət mayın 26-nı gürcü xalqına yaraşan şəkildə qeyd edəcək
Radikalların əsas məqsədi xaricə hələ də siyasi arenada sağ olduqlarını və nə isə etmək qabiliyyətinə malik olduqlarını göstərməkdir. Bu məqsədin reallaşması üçün insanların dəstəyinə ehtiyac var, – Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri Davit Matikaşvili bildirib.
Onun sözlərinə görə, onlar cəmiyyətin ümumi əhval-ruhiyyəsinə heç bir dissonans gətirə bilməyəcəklər.
“2012-ci ildən bəri hər bir təşəbbüsdə necə uğursuzluğa düçar olublarsa və böyük əziyyətlə qurduqları müvəqqəti ittifaqlar (daxmalar) başlarına necə uçubsa, 26 Mayla bağlı planları da elə öz başlarına uçacaq. Gürcüstan insanların öz fikirlərini azad şəkildə ifadə edə bildiyi azad və demokratik dövlətdir. Mayın 26-da, Müstəqillik Günü ilə əlaqədar hər kəs ehtiyatlı olmalıdır. Xüsusilə də mayın 26-da Tbilisi küçələrində, Rustaveli prospektində qan gölməçələri yaradan həmin insanlar. Təbii ki, onlar cəmiyyətin ümumi əhval-ruhiyyəsinə hər hansı bir dissonans (mənfi təsir) gətirə bilməyəcəklər. Öz xarici ağalarına nəyi göstərəcəklər, bu, bəlli olacaq. Dövlət öz yerindədir. Hər bir qanun pozuntusuna cavab veriləcək və cəmiyyət də bu bayramı gürcü xalqına yaraşan şəkildə qeyd edəcək”, – deyə David Matikaşvili bildirib.