Davit Matikaşvili – dırnaq arası zəng mərkəzləri məsələsində Kezeraşvilinin beynəlxalq fırıldaqçılıq sxeminə himayədarlıq etdiyi aydın olur, “Milli Hərəkat”, ona məxsus televiziya məhz bu pulla maliyyələşdirilir

19:14, 09.11.2022

 

Kezeraşvilidən haradasa media meneceri kimi bəhs etmək həqiqətən paradoksdur. Bu şəxs müdafiə naziri olarkən ilk növbədə öz xalqının ordusunu soymaqla yaddaşlara həkk olundu-bu barədə parlament çoxluğunun üzvü Davit Matikaşvili açıqlayıb.

Davit Matikaşvilinin qeyd etdiyi üzrə, istintaq dərinləşdikcə, izlər Davit Kezeraşviliyə doğru daha çox gedir. O “Milli Hərəkat” və Kezeraşvilinin sahibi olduğu media vasitəsinin məhz bu pulla maliyyələşdirildiyini bildirib.

“Müvafiq dəlillər çərçivəsində Kezeraşvilinin beynəlxalq fırıldaqçılıq sxeminə himayədarlıq etdiyi aydın olur, bu zəng mərkəzləri işi olaraq adlandırılır. İctimaiyyət prokurorluğun brifinqini gördü. Gürcüstanın hüquq-mühafizə orqanları tərəfdaş ölkələrin hüquq-mühafizə orqanları ilə birlikdə birgə əməliyyat keçirərək bir neçə nəfəri saxlayır və Avropa İttifaqı ölkələrində zərərçəkmişlərin sayı çox böyük olan beynəlxalq sxemin iştirakçılarını üzə çıxarır. Məhz bu sxem əsasında minlərlə təqaüdçünün qarət edildiyi Almaniya nümunə olaraq göstərilib. Siyasi opponentlərimiz, Xabeişvili nə qədər yazılar yazıb cəmiyyətimizi çaşdırmağa çalışsalar da, çox fəal olan istintaq buna aydın cavab verəcək. İstintaq dərinləşdikcə, günahkarların kimliyi üzə çıxır, izlər soruşduğunuz insana doğru gedir, lakin bütün bunlar aydındır ki, istintaqla təsdiqlənməlidir. Kezeraşvili tərəfindən “Milli Hərəkat” , eləcə də ona məxsus televiziya məhz bu pulla maliyyələşdirilir. Bu səbəbdən də, Kezeraşvilidən haradasa media meneceri kimi bəhs etmək həqiqətən paradoksdur”-deyə Matikaşvili bildirib.

Gürcüstan Prokurorluğu yeddi ölkənin nümayəndələrinin iştirakı ilə üç ölkənin ərazisində dırnaq arası zəng mərkəzləri ilə bağlı transmilli cinayətin üstünü açıb.

Oxşar