Davit Matikaşvili - Cinayətkarlar cəzanı iki otaqlı tibbi mənzillərdə deyil, həbsxanada çəkməlidirlər
Cinayətkarlar cəzanı iki otaqlı tibbi mənzillərdə deyil, həbsxanada çəkməlidirlər, vəziyyət budur – bu haqda “Gürcü Arzusu”nun üzvü Davit Matikaşvili açıqlayıb.
O, Mixeil Saakaşvilinin cəzasını harada çəkəcəyinə müvafiq qurumların qərar verəcəyini bildirib.
“Əgər hansısa məhbus, keçmiş prezident olub-olmamasının fərqi yoxdur, sağlamlıq vəziyyətindən irəli gələrək, qanunvericilikdə nəzərdə tutulmuş cəzanı qaydanın olduğu yerdə çəkə bilirsə və bu, cəzaçəkmə müəssisəsidir, yəni həbsxana, tibb müəssisəsində yox, orada cəzasını çəkməlidir. Ədliyyə Nazirliyi, həkimlər qərar qəbul edirlər və onlar Mixeil Saakaşvilinin yerinin harada olduğuna qərar verəcəklər” – Matikaşvili bildirib.