Davit Lomidze “Ranina”nın doqquzuncu mövsümünün qalibi oldu
“Ranina” layihəsinin möhtəşəm finalı Gürcüstanın Birinci Kanalının efirində keçirildi.
“Ranina”nın doqquzuncu mövsümünün qalibi 9 yaşlı Davit Lomidze oldu. Davit Lomidze Gürcüstanı 2026-cı ilin Uşaq Avroviziyasında təmsil edəcək.
Layihənin finalında Davit Lomidze ilə birlikdə Liliana Çaçanidze və Qiorqi Nasğidaşvili iştirak edirdilər.
Final turunda iştirakçılar Revaz Lağidzenin ölümsüz melodiyalarını ifa etdilər. Musiqi versiyalarının müəllifi isə maestro Zviad Bolkvadzedir.
“Uşaq Avroviziyası 2026” oktyabrın 24-də Maltada keçiriləcək.