Davit Qurqenidze - Biz demokratik ölkədə yaşayırıq, bugünkü hakimiyyət şəraitində heç kəsə zorla təzyiq göstərilməyəcək, bu, konstitusiyanın tələb etdiyi kimi olacaq
Davit Qurqenidze - Biz demokratik ölkədə yaşayırıq, bugünkü hakimiyyət şəraitində heç kəsə zorla təzyiq göstərilməyəcək, bu, konstitusiyanın tələb etdiyi kimi olacaq

Təhsil nazirinin müavini ilə çox məhsuldar görüş baş tutdu. Universitetin akademik rəhbərliyi, şurası, dekanları, mühazirəçiləri və administrasiyası birləşmənin müsbət və mənfi cəhətlərini necə gördükləri barədə fikirlərini bildirdilər, bu, peşəkar bir söhbət idi, – bu barədə Təhsil Nazirliyində keçirilən görüşdən sonra Gürcüstan Texniki Universitetinin rektoru David Qurqenidze bildirib.

Onun dediyinə görə, həftənin sonunda təhsil naziri ilə görüş planlaşdırılıb və bundan sonra nehayət mövqelər razılaşdırılacaq.

“Biz demokratik bir ölkədə yaşayırıq. Bu ölkədə, hazırkı hakimiyyət rəhbərliyi şəraitində heç kəsə zorla təzyiq göstərilməyəcək, bu, konstitusiyanın tələb etdiyi kimi olacaq.  Rektor kimi uzun müddətdir ki, şəxsi fikrim var, amma bütün tərəflərlə söhbət edənə qədər bunu ifadə etmək hüququm yoxdur. Fikrimi həmkarlarıma, daha sonra isə ölkənin siyasi rəhbərliyinə bildirəcəyəm. Bir ildir ki, 19 universitet və Təhsil Nazirliyi bir çox məsələləri əhatə edən təhsil islahatı üzərində işləyirik, lakin universitetlərin birləşdirilməsi ilə bağlı qərar mənə və Caba Samuşiaya dünən axşam məlum oldu. Növbəti gün nazirlə razılaşdıraraq professor və müəllimləri topladıq və bu ideyaları təqdim etdik. Caba Samuşia və mən bilirik ki, nə qədər yükümüz var, sizi əmin edirəm ki, hər şey çox yaxşı olacaq”, – Qurqenidze bildirib.