Davit Bakradze - İrakli Kobaxidze dünya liderlərini Gürcüstanın bölgədə sülh və sabitlik, eləcə də iqtisadi inkişaf və bir çox başqa istiqamətlərdə tərəqqisi ilə tanış edəcək
Gürcüstanın Baş naziri BMT-nin Baş Assambleyasının ümumi müzakirələrində dünya liderləri qarşısında çıxış edəcək və onları Gürcüstan tərəfindən bölgədə sülh və sabitlik, eləcə də iqtisadi inkişaf və bir çox başqa istiqamətlərdə əldə olunmuş tərəqqi ilə tanış edəcək – Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Davit Bakradze bu haqda jurnalistlərə deyib.
Səfirin məlumatına əsasən, baş nazir İrakli Kobaxidze Nyu-Yorka səfəri çərçivəsində ilk çıxışını bu gün “Gələcəyin sammiti”ndə edəcək, eləcə də BMT-nin baş katibi Antonio Qutierreş ilə görüş keçirəcək.
“Yüksək səviyyəli həftəlik çərçivəsində Gürcüstanın Baş nazirinin iştirak edəcəyi və müxtəlif ölkələrin liderləri ilə görüşlərin keçiriləcəyi bir sıra tədbirlər planlaşdırılıb” – Davit Bakradze bildirib.
O bildirib ki, söhbətin əsas mövzuları bölgədə sülh və təhlükəsizlik, Gürcüstanın tərəqqisi və dünyanın bir çox ölkələri üçün mühüm olan islahatları olacaq.
“BMT-nin xüsusiyyətlərindən irəli gələrək, Gürcüstanın son illərdə mühüm irəliləyiş göstərdiyi ən mühüm şeylərdən biri ölkənin iqtisadi inkişafı, bölgədə sülh və təhlükəsizlikdir ki, məhz Gürcüstan buna çox böyük töhfə verir. Belə ki, söhbətdə bölgədəki cari hadisələrə, Gürcüstanın tərəqqisinə və eləcə də dünyanın bir çox ölkələri üçün mühüm olan islahatlara toxunulacaq” – Davit Bakradze qeyd edib.