Davit Araxamia yazdan etibarən korrupsioner məmurların aktiv şəkildə həbsxanaya salınacaqlarını bildirir

12:08, 23.01.2023

 

Ukraynanın hakim fraksiyasının rəhbəri Davit Araxamia yazdan etibarən korrupsioner məmurların aktiv şəkildə həbsxanaya salınacaqlarını bildirir.

“Ehtimal ki, yazdan biz onları aktiv şəkildə həbsxanaya salmağa başlayacağıq. İnsancasına alınmırsa deməli, müharibə dövrünün qanunlarına uyğun olacaq. Bəziləri tamamilə ağlını itirib, qorxu və peşmançılıq hissi olmadan ətrafda soyğunçuluq edir”-deyə Araxamia açıqlayıb.

O bildirib ki, bu, həm Ukraynanın Regional İnfrastrukturun İnkişafı nazirinin müavinin həbs olunduğu generatorların alınması məsələsinə, həm də Ukrayna Müdafiə Nazirliyinə qarşı qurumun yüksək qiymətlərlə orduya ərzaq məhsulları almasına dair irəli sürülmüş ittihama aiddir.

Araxamia fevralın 24-də Rusiya tərəfindən müharibə başlayandan bəri Ukrayna hakimiyyətinin onları daim diqqəti müharibəyə yönəltməyə, qurbanlara kömək etməyə, bürokratiyanı azaltmağa və şübhəli işlərlə məşğul olmamağa çağırdığını bildirib.

Oxşar