David Sonğulaşvili - Ətraf mühitə mənfi təsirləri azaltmaq üçün gündəlik fəaliyyət göstərmək lazımdır
David Sonğulaşvili - Ətraf mühitə mənfi təsirləri azaltmaq üçün gündəlik fəaliyyət göstərmək lazımdır

“Yer Saatı” 28 Martda qeyd olunur. Yer Saatı (Earth Hour) artıq 20 ildir keçirilən qlobal ətraf mühitin qorunması təşəbbüsüdür.

“Yer Saatı qlobal ətraf mühitin qorunması təşəbbüsüdür. Bu təşəbbüsün məqsədi cəmiyyətdə iqlim dəyişikliyi məsələlərinə dair maarifləndirməni artırmaqdır ki, bu da getdikcə daha aktuallaşır. Hər birimizin dərindən başa düşməsi vacibdir ki, ətraf mühitə mənfi təsiri azaltmaq üçün gündəlik fəaliyyət göstərmək vacibdir.

Hər il milyonlarla insan və yüzlərlə ölkə simvolik bir akt ətrafında birləşir – biz bir saat elektrik enerjisindən istifadə etməkdən imtina edirik. İqlim dəyişikliyinin qarşısını almağa yönəlmiş bütün qərarlar bu gün və gələcəyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Qorunan ətraf mühit təhlükəsiz gələcəyimizin şərtidir”, – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Davit Sonğulaşvili bildirib.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayır.