David Sergeenko - son iki həftə ərzində qrip virusu ilə xəstəliklərin göstəriciləri azalıb, lakin bu bizə əsas vermir ki, səylərimizi zəiflədək
David Sergeenko - son iki həftə ərzində qrip virusu ilə xəstəliklərin göstəriciləri azalıb, lakin bu bizə əsas vermir ki, səylərimizi zəiflədək

Son iki həftə ərzində qrip virusu ilə xəstəliklərin göstəriciləri azalıb, lakin bu bizə əsas vermir ki, səylərimizi zəiflədək, çünki sayın azalması xəstəliklərin asanlaşdrılması demək deyil, – bu barədə səhiyyə naziri David Sergeenko səhiyyə müəssisələri və əczaçılıq şəbəkəsi nümayəndələri ilə görüşü zamanı bəyan etdi.

David Sergeenkonun bəyan etdiyinə görə, ailə mərkəzlərinin 24 saatlıq rejimə keçirilməsi xəstəliklərin sayının azaldılmasına öz təsirini göstərdi.

“Son iki həftə ərzində xəstəliklərin pik miqdarı – 277 artıq 253-ə qədər azalıb. Yaxşı olardı ki, daha az ola idi. Lakin açıq aşkar görünür ki, tendensiya azalmağa doğru gedir. Xüsusi ilə qeyd etmək istəyirəm, bu bizə əsas vermir ki, səylərimizi zəiflədək. Ailə mərkəzlərinin 24 saatlıq rejimə keçirilməsi xəstəliklərin sayının azaldılmasına öz təsirini göstərdi”, – David Sergeenko bəyan etdi.

Elə onun dediyinə görə, Gürcüstanın baş nazirinin qərarı ki, bütün əhali üçün anti-virus preparatının pulsuz olmasının əyçatarlı olması, önəmli müəyyənləşdirilmiş faktor idi.