David Matikaşvili - Avropa strukturlarından yenə şantaj, təzyiq və məcburiyyət səslənir, bütün dünyaya bir daha  anti-gürcü simalarını göstərdilər
David Matikaşvili - Avropa strukturlarından yenə şantaj, təzyiq və məcburiyyət səslənir, bütün dünyaya bir daha anti-gürcü simalarını göstərdilər

Avropa bürokratiyası Gürcüstana və bütün dünyaya bir daha anti-gürcü simasını göstərdi, – bu barədə Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri Davit Matikaşvili bildirib.

Onun söylədiyinə görə, gürcü xalqına hörmət edən şəxslər bu insanların qanuni yolla seçdiyi hakimiyyətə də hörmət etməlidirlər.

“Avropa bürokratiyası bir daha Gürcüstana və bütün dünyaya bir daha anti-gürcü simasını göstərdi. Avropa strukturlarından yenə şantaj, təzyiq və məcburiyyət səslənir. Gürcülərdən Gürcüstanın suverenliyini qoruyan şəffaflıq haqqında qanunu ləğv etməyi tələb edirlər. Eyni zamanda, gələcək nəsillər üçün vacib olan yetkinlik yaşına çatmayanların qorunması haqqında qanunu da ləğv etməyimizi istəyirlər. Bu şantaj mexanizmindən, gürcü xalqına hörmət etdiklərini bəhanə edərək istifadə edirlər. Bu tamamilə yalandır, çünki xalqa hörmət edənlər, onların qanuni yolla seçdikləri hakimiyyətə də hörmət etməlidirlər”, – deyə Matikaşvili bildirib.

Məlumat üçün bildirək ki, Avropa Komissiyası tərəfdaş ölkələr tərəfindən viza liberallaşdırılması şərtlərinin yerinə yetirilməsi ilə bağlı hesabat dərc edib. Hesabatda deyilir: “Ən pis halda, Gürcüstan vizasız rejimi itirə bilər”.