Daşqın nəticəsində Polşada Levin Bjesk şəhərini su basıb, hakimiyyət sakinləri təxliyəyə çağırıb
Polşanın Levin Bjesk şəhərinin yerli hakimiyyəti sakinləri təxliyəyə çağırıb. Levin-Bjeskin meri Artur Kotara sakinlərə yuxu çantaları və yorğan götürməyi məsləhət görüb. O, şəhərdə bir neçə küçəni artıq su basdığını bildirib.
Eyni zamanda, Bistritsa çayının daşması halında ərazini qorumaq üçün Vrotslavda sahili hündürlətməyə çalışırlar. Yerli hakimiyyət sahili hündürlətmək üçün 40 000 qum torbasından istifadə edib.
Məlumat üçün bildirək ki, Polşada güclü daşqın bəndə zərər vurub, buna görə də Strone-Şleski şəhərini su basıb. Polşa təbii fəlakətlərə görə fövqəladə vəziyyət elan edib. Bununla yanaşı, Avropanın mərkəzi və şərq hissəsində daşqınlar nəticəsində 16 nəfər həlak olub. Slovakiyanın paytaxtı Bratislava və Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında suyun səviyyəsinin artmasına görə mümkün daşqınlara hazırlaşırlar.